Logo

Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO

Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin paytaxtı Ankarada azyaşlı qızını girov götürən şəxs polis əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Sfera.az xəbər verir ki, hadisə Ankaranın Etimesgut rayonunda baş verib. İddiaya görə, bir nəfər 3 yaşlı qızını bıçaqla girov saxlayaraq ətrafdakılara təhlükə yaradıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi təslim olmağa razı salmağa çalışsalar da, bu, mümkün olmayıb.

Bundan sonra xüsusi təyinatlı polis qüvvələri əməliyyat keçirib. Əməliyyat zamanı azyaşlı qız xilas edilib, ata isə zərərsizləşdirilib.

Məlumata görə, hadisə zamanı polis xidmət itlərindən biri də yaralanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır./BizimMedia

Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR