Logo

Qobuda su sayğacları oğurlayan şəxs saxlanıldı

Qobuda su sayğacları oğurlayan şəxs saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Abşeron rayonu Qobu qəsəbəsində yerləşən iki evdən oğurluq edilib.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkənlərin həyətinə daxil olaraq oradan su sayğacları, mühərriklər və digər qiymətli əşyaları talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Salahlı saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı avadanlıqları satdığı məlum olub.

Araşdırmalar aparılır./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR