Biləsuvarda 56 yaşlı kişi bıçaqlandı
Kateqoriya məlum deyil
Biləsuvar rayonunda 56 yaşlı kişi bıçaq xəsarəti alıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Belə ki, Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü Ağayev Balahəsən Ağahüseyn oğlu bıçaqlanma xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin başvermə səbəbləri hələlik tam məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.






