Bakıda kirayənişini tərəfindən başı kəsilən ev sahibinin FOTOSU

Bakıda kirayənişini tərəfindən başı kəsilən ev sahibinin FOTOSU
Ev sahibi 25 yaşlı kirayənişinini arvadı ilə tutub

Bakıda ötən gün törədilən qətlin təfərrüatları məlum olub.  APA-nın məlumatına görə Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazisində kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyidə ilkin baxış keçirilərkən onun üzərində dörd bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov bir müddət F.İsmayılovun evində kirayədə yaşayıb. F.İsmayılov İ.Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, ötən gün səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ.Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F.İsmayılovu bıçaqlayıb.

Hadisəni törədən İ.Əhmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Hadisəni törədən şəxs, təxminən, bir həftə idi ki, Fail İsmayılovun evində kirayədə yaşayırdı.
///baku.ws

OXŞAR XƏBƏRLƏR

Bu rayonlara yağış yağdı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.   ...

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...