Logo

Bakıda 5 gün əvvəl meyiti tapılan şəxs avtomobillə vurulubmuş

Bakıda 5 gün əvvəl meyiti tapılan şəxs avtomobillə vurulubmuş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda 5 gün əvvəl baş verən yol-nəqliyyat hadisəsinin üstü açılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, aprelin 3-də Xətai rayonu ərazisindəki Nobel prospekti 163 ünvanında üzərində çoxsaylı bədən xəsarətləri olan 50-55 yaşlarında kişi meyiti aşkar edilib.
Polis əməkdaşlarının keçirtdiyi əməliyyət tədbirləri nəticəsində meyiti tapılan naməlum piyadanın 1965-ci il təvəllüdlü Füzuli Mövsumov olduğu müəyyənləşib.

Əməliyyat tədbirlərini davam etdirən polis piyadanı vuraraq hadisə yerindən qaçan sürücünü də tapıb. F.Mövsumovu 1994-cü il təvəllüdlü Tural Musayevin idarə etdiyi "BMW" markalı avtomobillə vurulduğu müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR