Logo

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir: Həbs edildi

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir: Həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün saxlanılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində iki ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı), 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR