“N brothers”in üzvünün atası anasını öldürdü - Dəhşətli qətl

“N brothers”in üzvünün atası anasını öldürdü - Dəhşətli qətl

Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.

"Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən salamnews-a verilən məlumata görə, 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Bildirilir ki, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətirilib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron rayon prokurorıuğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda qətlin motivi araşdırılır.

Qeyd edək ki, qətli törədən Hüseynov Qurban İsmayıl oğlu "N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.


OXŞAR XƏBƏRLƏR

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...

Daha iki ölkə arasında gərginlik: Sərhədlər bağlandı

Tailand bölgədəki gərginlik səbəbindən yeddi əyalətdə Kamboca ilə sərhədi bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "The Guardian"...

Messi unikal göstəriciyə imza atdı

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi unikal göstəriciyə imza atıb.   Sfera.az “Opta”ya istinadən xəbər...