Bakıda arvadını öldürməyə cəhd edən kişi həbs edildi

Bakıda arvadını öldürməyə cəhd edən kişi həbs edildi
Kateqoriya məlum deyil
T

Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 2-də Bakının Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq qadının əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ