Azərbaycanda nişanlısının başını kəsən oğlanın FOTOSU

Azərbaycanda nişanlısının başını kəsən oğlanın FOTOSU
Bakıda nişanlısını öldürən 31 yaşlı oğlanı tutmaq hələ ki, mümkün olmayıb.

Dünən səhərə yaxın Binə qəsəbəsində "Nardaranlılar məhəlləsi" kimi tanınan əraziyə, nişanlısının evinə gələrək onu öldürən 1986-cı il təvəllüdlü Məcidov Nəcəf Ramiz oğlu qaçıb. 

N.Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızını və onun bacısı, 1997-ci il təvəllüdlü Ağayeva Rəhimə Dəyanət qızını bıçaqladıqdan sonra naməlum istiqamətə gedib.

Nəticədə İ. Ağayeva aldığı xəsarətdən dünyasını dəyişib. R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, 31 yaşlı Nəcəf İlahənin ondan ayrılmaq istədiyini öyrənəndən sonra onu öldürmək qərarına gəlib və gecə saatlarında qızın yaşadığı evə basqın edərək onu öldürüb. Bu zaman araya girən Rəhimə də xəsarət alıb.

Hazırda cinayəti törətmiş şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

mənbə: lent.az
Azərbaycanda nişanlısının başını kəsən oğlanın FOTOSU

OXŞAR XƏBƏRLƏR

Millimiz Qazaxıstana qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.   Sfera.az xəbər veri...

"Bayramda bunları kəsməsəniz, nə xeyri?"

Aktyor Kamran Ağabalayev Qurban bayramı ilə bağlı maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, o, sosial şəbəkədə izləyicilərinə üz tu...

Hackerlər “ChatGPT” ilə ABŞ siyasətinə müdaxilə edir – AÇIQLAMA

“OpenAI”, Çinlə əlaqəli haker qruplarının “ChatGPT”ni ABŞ siyasətinə təsir göstərmək məqsədilə istifadə etdiyini bildirib. Sfera.az...

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...