DİN əməliyyat keçirdi - 10 kq-dan çox marixuana aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. İdarənin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonunda həyata keçirilən əməliyyat nəticəsində əvvəllər də oxşar cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.
Sfera.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.
İlkin ifadəsində V.İsmayılov narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını, onları hissələrə bölərək satmaqla qazanc əldə etməyi planlaşdırdığını etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi ölkə ərazisində narkotiklərlə bağlı əməliyyatların və profilaktik tədbirlərin ardıcıl şəkildə və qətiyyətlə davam etdiriləcəyini bildirib.
Bəsti Rəfizadə
Sfera.az






