Biləcəridəki qətlin təfərrüatı məlum oldu

Kateqoriya məlum deyil
T
Binəqədidə ər keçmiş arvadını balta ilə öldürüb.
Sfera.az xəbər verir ki, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminəni balta ilə öldürüb.
Məlum olub ki, Y.Bədəlov həyat yoldaşı ilə məhkəmə qaydasında boşanıb. Nərminə mülk bölgüsü ilə bağlı müraciət edəndə Y.Bədəlov onu öldürmək qərarına gəlib. O, keçmiş həyat yoldaşını öldürəndən sonra baltanı yuyaraq mətbəxə qoyub.
Hadisəni törətdikdən sonra kişi öz oğluna zəng vurub və daha sonra özünü asıb./Teleqraf






