Avtomobil 13 yaşlı qızın ölümünə səbəb oldu

Kateqoriya məlum deyil
T
Ötən gün Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb.
Əbdürəhman Natiq oğlu Rəhimov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 2012-ci il təvəllüdlü Banu Zahid qızı Qədəşovanı vurub. O aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Suraxanı RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.






