Maştağada qətl törədən səxsəhökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Maştaga qəsəbəsində qətl törədən Rəşid Babayevə hökm oxunub.
Sfera.az xəbər verir ki, məhkəmə Rəşid Babayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edilib.
Xatırladaq ki, hadisə 2024-cü ilin mayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib.
Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.






