Su polisi Xəzərdə iki nəfəri saxladı

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerlik edən iki nəfəri saxlayıb.
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, idarə əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar.
Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb.
Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bəsti Rəfizadə
Sfera.az






