DTX və DSX-dən BİRGƏ ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin üzvləri SAXLANILDI

DTX və DSX-dən BİRGƏ ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin üzvləri SAXLANILDI
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürən şəxs aşkar edilib.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı  23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

 

Adıçəkilən şəxsin əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 

 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

İnci

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR