Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alındı

Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alındı
Kateqoriya məlum deyil
T

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

 

Bu barədə Sfera.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınmışdır.

 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR