Binəqədidə bıçaqlanma: Bir nəfər saxlanıldı

Kateqoriya məlum deyil
T
Bakı şəhərinin Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, oktyabrın 2-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında 1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlu 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlayıb.
Hadisə nəticəsində Nüsrət Həsənov daxilə keçən bədən xəsarəti alıb.
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






