Biləsuvarda 48 yaşlı kişinin meyiti tapıldı

Kateqoriya məlum deyil
T
Biləsuvarda 48 yaşlı kişinin meyiti tapılıb.
Sfera.az xəbər verir ki, hadisə oktyabrın 1-də Biləsuvar şəhəri ərazisində baş verib.
Rayon sakini, 1977-ci il təvəllüdlü Sabir Qurbanovun meyiti yaşadığı mənzilin otağında aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbləri tibbi ekspertizanın rəyi ilə müəyyənləşəcək.
Faktla bağlı araşdırma aparılır.
(Teleqraf)






