Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, beş nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
T

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.

 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində Sabirabad rayon sakinləri; Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı, 1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR