“Crocus”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 150-yə çatdı

Kateqoriya məlum deyil
T
Moskvada “Crocus City Hall”da törədilən terror aktının daha bir qurbanı ölüb.
Sfera.az xəbər verir ki, bu barədə “The Voice Mag” nəşri məlumat yayıb.
Bildirilib ki, 2024-cü il martın 22-də törədilən terror aktı zamanı kürəyindən güllələnən RIFF agentliyi və Space RIFF konsert şirkətlərinin təsisçisi Dmitri Sarayev sentyabrın 26-na keçən gecə ölüb.
“Zvezdnıy Qorodok” kanalının administrasiyası Sarayevin ölümünü təsdiqləyib.
Zərərçəkmişlərin vəkili İqor Trunovun sözlərinə görə, Sarayev bu müddət ərzində müalicə alırmış. Bununla da terror aktında ölənlərin sayı 150-yə çatıb./APA






