Ermənistanda Parakar icmasının lideri öldürüldü

Ermənistanda Parakar icmasının lideri öldürüldü
Kateqoriya məlum deyil24.09.25, 06:4315 👁️
T

Ermənistanın müxalifət partiyalarından biri olan “Aprelu Yerkir”i təmsil edən, İrəvan yaxınlığındakı Parakar icmasının rəhbəri Volo­diya Qriqoryan gecə saatlarında öz evinin yaxınlığında qətlə yetirilib. 

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 


Nazirliyin məlumatına görə, hadisə zamanı Qriqoryanın dostu olan polis əməkdaşı da öldürülüb, daha bir nəfər isə yaralanıb. Qətlin tək bir şəxs tərəfindən törədildiyi, onun hadisə yerindən qaçdığı bildirilib.

 


Hadisəni səhər saatlarında ölkənin baş naziri Nikol Paşinyan da pisləyib və DİN-ə cinayətin açılması üçün göstəriş verib.

 


Xatırladaq ki, Volo­diya Qriqoryan cari ilin martında keçirilən seçkilərdə Paşinyanın partiyasının namizədini məğlub edərək, böyüdülmüş Parakar icmasının rəhbəri seçilmişdi. O, Azərbaycanın həbsxanasında saxlanılan, tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanın liderlik etdiyi “Aprelu Yerkir” partiyasının üzvü idi.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...