Naxçıvanda əsgər ölümündə ittiham olunan şəxslər azadlığa buraxılıb

Naxçıvanda əsgər ölümündə ittiham olunan şəxslər azadlığa buraxılıb
Kateqoriya məlum deyil11.09.25, 09:260 👁️
T

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Ali məhkəməsi bununla bağlı qərar qəbul edib. 

 

Qərara əsasən, Samir Həziyev və Aydın Quliyevin cəzası şərti hesab olunub və onlar azadlığa buraxılıblar. 

PAYLAŞ
Sehliyali
Yüklənir...