Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxs həbs olunub.
Sfera.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Fidan Hacızadə
Sfera.az