Parisdə qızıl-zinət əşyaları oğruları saxlanılıb.
Saxlanılan iki nəfərin üzərində təxminən 10 milyon avro dəyərində qızıl-zinət əşyaları aşkar edilib.
Sfera.az bildirir ki, saxlanılanlardan biri alt paltarında qızıl-zinət əşyaları gizlədib, çamadanında isə bıçaq və başqa əşyalar olub.
Onlar Lion qatarından düşüblər. Stansiyada patrulluq edən "Briqada des Networks Françaises" (BRF) qrupuna aid polis əməkdaşları kişiləri yoxlamaq qərarına gəliblər və onların üzərində külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib. Onların arasında təxminən 5 milyon avro dəyərində boyunbağı, 2 milyon avrodan yuxarı sırğa, 1 milyon avro dəyərində üzük və dəbdəbəli “Rolex” saatı olub.
Biri azyaşlı Tunis vətəndaşı olan iki şəxs əvvəlcə polis bölməsinə aparılıb. Tapılan əşyaların dəyəri qiymətləndirildikdən sonra iş Paris Qanqsterlə Mübarizə Briqadasına (BRB) təhvil verilib. Qeyd edək ki, bu qurum mütəşəkkil oğurluqların və külli miqdarda ziyan vuran halların araşdırılmasına cavabdehdir.
Paris prokurorluğu mütəşəkkil dəstə tərəfindən törədilmiş oğurluq hadisəsi ilə bağlı istintaqa başlayıb.
Polis şübhəlilərin çamadanda zərgərlik əşyalarını çamadanda daşıdığını və kiçik qızıl-zinət əşyalarını corabda gizlətdiyini bildirib. Hər iki şəxsin hüquq-mühafizə orqanlarında mənfi reputasiyası olub.
Xanım