Şamaxıda yanğın törədən kişi saxlanıldı

Kateqoriya məlum deyil
T
Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar quru ot sahəsi yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.






