Abşeronda qətl: şübhəli şəxs tutulub

Abşeronda qətl: <span style="color:#ff0000">şübhəli şəxs tutulub</span>
Kateqoriya məlum deyil28.08.25, 13:39171 👁️
T

Avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi ilə bağlı şüphəli şəxs tutulub. 

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb. 


İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürüb.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Vüqar Abuzərov şübhəli şəxs qismində saxlanılıb.

 

Hazırda ibtidai istintaq davam etdirilir.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...