Gizli qalan qətlin üstü açıldı: Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ

Gizli qalan qətlin üstü açıldı: Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının Baş Prokurorluğu 30 il əvvəl, 1995-ci ildə törədilmiş qəsdən adam öldürmə cinayətinin üstünün açıldığına dair məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən peşəkar birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın hava limanında taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş bir kişinin quldurluqla əlaqədar öldürülməsi faktı tam sübuta yetirilib.

 

Hadisə 1995-ci ilin may ayında Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində baş verib.


Cinayət işinin açılması nəticəsində təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub.


Lakin istintaq zamanı əsas çətinliklərdən biri zərərçəkmiş şəxsin şəxsiyyətinin müəyyən edilməsidir.


Baş Prokurorluq ictimaiyyətə müraciət edərək aşağıdakı xüsusiyyətlərə uyğun gələn şəxsi tanıyanlardan məlumat verməyi xahiş edib:


Doğum ili: 1955–1970-ci illər aralığı
Boyu: təxminən 175 sm
Sol dirsək oynağının ön səthində çapıq izləri
Sol saidin yuxarı və orta hissəsində (11 ədəd) köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri
1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə Azərbaycana qayıdıb və həmin dövrdən etibarən itkin düşüb


MDB ölkələrində, o cümlədən Rusiyada daimi və ya müvəqqəti yaşayan və işləyən şəxs olub.


Bu xüsusiyyətlərə uyğun şəxsi tanıyan və ya belə bir şəxsin taleyi barədə məlumatı olan vətəndaşlardan xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna müraciət etsinlər:


 (+994 12) 361 04 06
(+994 12) 361 04 09
(+994 12) 361 02 51

“961 Çağrı Mərkəzi”


Baş Prokurorluq vətəndaşların göstərəcəyi dəstəyə görə təşəkkürünü bildirərək qeyd edib ki, hər bir məlumat istintaq prosesinə mühüm töhfə verəcək.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR