Aeroport şosesində dəhşətli qəzanın VİDEOSU: Sürücü təkərlər altında qaldı

Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.
Sfera.az bizimmedia-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.
"Bu gün səhər saatlarında Suraxanı rayonu, Aeroport şosesində sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizlik etməsi ağır qəzanın baş verməsinə səbəb oldu.
Belə ki, müşahidə kamerasının görüntüsünə əsasən deyə bilərəm ki, minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb.
Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələndi", - o deyib.
Məlumata görə, 1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib.






