Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi - VİDEO

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi - VİDEO
Kateqoriya məlum deyil
T

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt ərazisində yol hərəkəti qaydalarını təkrar-təkrar pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə DYP-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə K. Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR