Ziyəddin Quliyev məhkəmə qarşısına çıxdı

Ziyəddin Quliyev məhkəmə qarşısına çıxdı
Kateqoriya məlum deyil13.08.25, 07:52227 👁️
T

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ziyəddin Quliyevin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

 

Növbəti məhkəmə prosesi avqustun 27-nə təyin olunub.

 

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə ) 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

 

(Teleqraf)

PAYLAŞ
Sehliyali
Yüklənir...