Bir ildə Azərbaycanda 15 885 nəfər məhkum olunub

Bir ildə Azərbaycanda 15 885 nəfər məhkum olunub
Kateqoriya məlum deyil
T

Azərbaycanda son bir il ərzində qeydə alınan məhkumların sayı məlum olub.

 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, 2024-cü ildə müxtəlif cinayətlər törətmiş 15 885 nəfər məhkum olunub.

 

Bu, əvvəlki illə müqayisədə bir qədər aşağı göstəricidir (2023-də 16 197 nəfər məhkum olunub).

 

Ötən il məhkum edilənlərin 15 241 nəfəri kişilər, 644 nəfər qadınlar olub.

 

2024-cü ildə məhkum olunanların 9 276 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Onlardan 285 nəfəri 14-17 yaşlı yeniyetmələrdir.

 

Ötən il 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.

 

366 nəfər isə 10 ildən 20 ildək azadlıqdan məhrumetmə cəzası alıb.

 

5 ildən 10 ilədək azadlıqdan məhrum edilənlərin sayı 1 921 nəfər olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR