Evi qarət etdi sonra yandırdı

Evi qarət etdi sonra yandırdı
Kateqoriya məlum deyil09.08.25, 11:2915 👁️
T

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb.

 

Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.

 

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...