Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanılıb

Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 26 nəfəri saxlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin 14 vilayətini əhatə edən növbəti antiterror əməliyyatı barədə məlumat verib.

 

Nazirin sözlərinə görə, əməliyyat Ankara, Kahramanmaraş, Mersin, Adana, İstanbul və Kayseri vilayətlərini əhatə edib. Şübhəlilər sosial şəbəkələrdə qadağan olunmuş təşkilatların ideyalarını təbliğ etməkdə və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.

 


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR