Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. 


Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Lada” markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

 

Sənədləri yoxlanılarkən sürücünün şübhəli davranışları onun tibbi müayinəyə cəlb olunmasına səbəb olub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

 

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə F.İsmayılovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 60 sutka inzibati qaydada həbs edilib.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR