Astarada gəlin qaynanasını bıçaqla qətlə yetirdi

Astarada gəlin qaynanasını bıçaqla qətlə yetirdi

Astara rayonunda qadın qətlə yetirilib.

 

Sfera.az-ın məlumata görə, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

 

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

 

Faktla bağlı araşdırma aparılır. ( Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR