Sevgilisini daşla öldürən şəxs məhkəmədə hadisəni DANIŞDI: “Söyüşə görə…”

Sevgilisini daşla öldürən şəxs məhkəmədə hadisəni DANIŞDI: “Söyüşə görə…”

Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İgid Rəcəbzadə sərbəst ifadə verərək bildirib ki, Elnarə İbrahimova ilə bir il sevgili münasibətində olub. Təqsirləndirilən onu da bildirib ki, o, sevgilisi ilə görüşmək üçün onun bacısıgilə gedirmiş. O, hadisə barədə belə ifadə verib:

 

"Hadisə baş verən gün Elnarə ilə marketə getmişdik. Getməzdən öncə danışıb öncədən ora gedəcəyimiz barədə razılaşmışdıq, ona geyim almağa gedirdik. Aldıqlarının pulunu mən verəcəkdim, amma heç nə almadı deyə ödəniş etmədim. Mağazadan çıxanda taksiyə mindik, hadisə baş verən yerə maşınla getdik. Daha sonra Elnarə maşını dayandırdı. Səbəbini soruşdum mənə heç nə demədi. Hadisə baş verən əraziyə çatanda qışqırmağa başladı, mənə qarşı çox ağır söyüşlər söydü, itələdi, vurdu məni. Niyə belə etdiyini öyrənməyə çalışdım, amma heç nə demədi. Sonra ona zəng gəldi, qırağa çəkilib zəngə cavab verdikdən sonra yenə yanıma gəlib məni söydü. Ona yumruq vurdum yerə yıxıldı. Vurduğum anı xatırlamıram. Daşla bir dəfə vurmuşam başına. Daşın ölçüsü kiçik idi. Daha sonra isə hadisə yerindən uzaqlaşmışam. Söyüşə görə öldürmüşəm onu. Məni nəyə görə söydü - hələ də bilmirəm".

 

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni təsdiq etməyib.

 

Məhkəmənin növbəti iclası sentyabrın 16-a təyin edilib.

 

Qeyd edək ki, ötən ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

 

Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...