Bakıda 2 avtomobildən avtomat tapıldı

Bakıda 2 avtomobildən avtomat tapıldı

Bakıda iki avtomobildən avtomat silahları və patronlar aşkarlanıb.

 

Sfera.az xəbər verir ki, DİN tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

 

Növbəti tədbirlər çərçivəsində 5 nəfər 3 avtomat silahı, 2 tapança, 1 patron darağı və 12 ədəd patronu könüllü şəkildə polis orqanlarına təhvil verib.

 

Bundan başqa, paytaxt sakinləri tərəfindən idarə olunan “Changan” və “Toyota” markalı avtomobillərdə aparılan yoxlamalar zamanı 2 avtomat silahı və 15 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Araşdırmalar zamanı həmin şəxslərdən birinin borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.

 

Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, qanunsuz silah saxlamaq cinayət məsuliyyəti yaradır, lakin könüllü təhvil verən şəxslərə qarşı cəza tədbiri tətbiq edilmir.


OXŞAR XƏBƏRLƏR