Kürdəmirdə dava ölümlə bitdi

Kürdəmirdə dava ölümlə bitdi
Kateqoriya məlum deyil
T

Kürdəmirdə həmkəndlilər arasında mübahisə birinin ölümü ilə nəticələnib.

 

Sfera.az xəbər verir ki, hadisə ötən gün Sığırlı kəndində baş verib.

 

Kənd sakini 1966-cı il təvəllüdlü Hafiz Çümşüd oğlu Nuriyev həmkəndlisi Fəqan Əzizov tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs elə hadisə yerində ölüb.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılıb.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR