Bakıda universitetdə qanlı hadisə - 20 yaşlı tələbə bıçaqlandı

Bakıda universitetdə qanlı hadisə - 20 yaşlı tələbə bıçaqlandı

Xəzər Universitetində tələbə bıçaqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Sfera.az-a bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

 

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.

 

Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR