Araz Musayevin vurulma anı - VİDEO

Kriminal
12:06 / 29.05.2025
5822
Xəbər verdiyimiz kimi, Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
Sfera.az xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Araz Musayevə olunan bıçaqlı hücumun görüntülərini təqdim edirik: