Əcnəbilərin cinayət statiktikası: Nə üçün tutulurlar?

Əcnəbilərin cinayət statiktikası: Nə üçün tutulurlar?

Azərbaycanda əcnəbilərin iştirakı ilə baş verən cinayətlərin və onların həbsi halları son illərdə diqqət mərkəzindədir. Əcnəbilərin ölkə qanunlarını pozması yalnız miqrasiya siyasətinə deyil, həm də ümumi təhlükəsizlik məsələlərinə təsir göstərir. 
    

 

Sfera.az bildirir ki, 2024-cü ilin birinci yarısına dair rəsmi statistik göstəricilər, bu sahədəki tendensiyaları və artım dinamikasını bir daha gündəmə gətirir.   

 

Rəsmi rəqəmlərə görə, 2023-cü ilin ilk yarısında məhkum edilmiş şəxslərin sayı 8.143 nəfər olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 8.174 nəfərə yüksəlib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məhkum olunma halları da əhəmiyyətli artım nümayiş etdirib: 2023-cü ilin birinci yarısında 63 nəfər əcnəbi məhkum edildiyi halda, 2024-cü ilin ilk yarısında bu rəqəm 87 nəfərə çatıb. Nəticədə, 2024-cü ildə əcnəbi məhkumların sayı əvvəlki illə müqayisədə 38,1 faiz artım göstərib. Bu artım həm miqrasiya siyasətinin sərtləşdirilməsinin, həm də əcnəbilərin daha çox cinayət hadisələrinə qarışmasının əlaməti kimi dəyərləndirilir.

 

Əcnəbilərin Azərbaycanda məhkum edilmə səbəbləri əsasən müxtəlif istiqamətlər üzrə qruplaşdırıla bilər. Dövlət Miqrasiya Xidmətinin 2024-cü ilin ilk aylarına dair məlumatına görə, qanunsuz miqrasiya ilə əlaqədar 22.345 qərar qəbul edilib. Bu qərarlar əsasən sənədləşmənin olmaması, ölkəyə qanunsuz daxil olma, sənəd müddətinin bitməsi və ya icazəsiz əmək fəaliyyəti ilə bağlıdır. Bunlardan başqa, əcnəbilərin işə qanunsuz cəlb edilməsi və ya iş icazəsi olmadan fəaliyyət göstərməsi halları, ölkədə ən çox rast gəlinən pozuntulardandır. 2024-cü ilin ilk yarısında 637 belə hal qeydə alınıb. Əcnəbilərin dövlət təhlükəsizliyinə qarşı fəaliyyətlərdə ittiham olunaraq həbs edilmə halları da mövcuddur.

 

Ötən ilin ilk 10 ayında Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq 6,693 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu şəxslərdən 59-u əcnəbi vətəndaş olub. Onların arasında 25 İran, 10 Rusiya, 13 Türkiyə, 7 Gürcüstan, 2 Ukrayna, 1 Özbəkistan və 1 Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı yer alıb. 

 

2025-ci ilin ilk rübündə isə 1,068 nəfər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib. Bunlardan 28-i əcnəbi olub və 329 kq 497.152 qram müxtəlif növ narkotik maddə və psixotrop maddə götürülüb.

 

Mövzunun aktual qalmasına səbəb olan digər bir hadisə isə bu gün – 2025-ci il mayın 26-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamıdır. Bu sərəncam əsasında azadlığa buraxılan 154 nəfərdən 16-sı əcnəbidir. Onlar arasında İran, Rusiya, Pakistan, Türkiyə və Hindistan vətəndaşları var. Bu sərəncam bir tərəfdən əcnəbi məhkumların vəziyyətinə humanist yanaşmanı göstərir, digər tərəfdən isə qanunun aliliyinin təmin olunmasının önəmini vurğulayır.

 

Ümumiyyətlə, 2024-cü ilin ilk yarısında əcnəbilərin törətdiyi cinayətlərin və həbs hallarının artması, Azərbaycanın miqrasiya siyasətinin daha da gücləndirilməsini və əcnəbilərin hüquqlarının qorunması ilə yanaşı, qanun pozuntularına qarşı mübarizənin davam etdirilməsini zəruri edir. Əcnəbilərin hüquqi statusunu təmin etmək və ölkənin təhlükəsizliyini qorumaq üçün qanunvericiliyə və müvafiq orqanların tövsiyələrinə əməl edilməsi vacibdir.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparm...

Lavrov Türkmənistana gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkmənistana səfər edib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   XİN rəh...

Öz-özünə polkovnik rütbəsi veribmiş -Eks-rəisə 10 il həbs!

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizli...

İrandan sonra İsrail də itkilərini elan etdi

İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri D...