40 manata görə qohumunu bıçaqladı

40 manata görə qohumunu bıçaqladı

Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə baxışı keçirilib.

 

Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.

 

Zərərçəkən Ramo Əliyevin məhkəmədə sərbəst ifadəsindən məlum olub ki, tərəflər arasında mübahisə borca görə olub:

 

"Rusiyaya getməliydim, pulum az idi. Arzumanla uşaqlığımız bir yerdə keçib. Həmin ərəfələrdə ondan 40 manat borc aldım. Həmin borcu Rusiyadan qayıtdıqdan sonra qaytaracağımı bildirmişdim".

 

Zərərçəkənin dediklərindən məlum olub ki, o, Rusiyaya getdikdən sonra çox keçmir ki, geri qayıdır və Arzumanla üzləşir:

 

"Arzuman məni görən kimi borc aldığım 40 manatı istədi, mən isə pulumun olmadığı üçün sonra verəcəyimi dedim. Buna görə mübahisə etsək də, onun sonra gəlib məni vuracağına inanmırdım".

 

Qohumların mübahisəsindən bir neçə saat sonra Arzuman Əsədov Ramo Əliyevə zəng edərək görüşmək istədiyini deyib. Onlar Lökbatan qəsəbəsi ərazisində görüşüb yenidən mübahisə edərkən Arzuman Əsədov Ramo Əliyevə qəfil bıçaq zərbələri endirməyə başlayıb. Xəstəxanaya çatdırılan Ramo Əliyevə 5 bıçaq xəsarətinin yetirildiyi məlum olub.

 

Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə illik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun...

İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi - FOTO

Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.   Sfera.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçıs...

Gəlin qayınanasının qızıllarını oğurlamaq üçün görün nə etdi?

Malayziyada bir qadın qayınanasının zinət əşyalarını oğurlamaq üçün soyğunçuluq edib.   Sfera.az xarici mediaya istinadla bildirir ki, Pahanq əy...

Hava limanında nə baş verib? - Blogerə RƏSMİ CAVAB

Gömrük komitəsi “iconmekh” kimi tanınan bloger Mehin Oktaylının Dövlət Gömrük Komitəsi ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib. ...

Baş nazirdən içkilərlə bağlı - QƏRAR

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətinin müəyyən edilməsi Qaydası təsdiq edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş n...

"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə p...