“TikTok”da dələduzluq edən şəxs saxlanılıb - DİN

“TikTok”da dələduzluq edən şəxs saxlanılıb - DİN

“TikTok” sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb. 


Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran şəxs müəyyən olunub.


Əvvəllər də oxşar əmələ görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov dələduzluq ittihamı ilə saxlanılıb. O, “TikTok” platformasında müxtəlif vədlərlə insanları aldadaraq onlardan pul alıb, lakin öhdəliklərini yerinə yetirməyib.


Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Vilyam Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...

Əhməd Hacıyev də saxlanıldı

“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.   Sfera.az xəbə...

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...