İmişlidə 33 yaşlı kişi bıçaqlandı

Kriminal
10:50 / 11.05.2025
3674
İmişlidə 33 yaşlı kişi bıçaqlanıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Cavadov Xanəhməd Ehtiram oğlu bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.