"Media ilə məhkəmə arasında peşəkar əlaqələr olmalıdır" - Sənan Hacıyev

Kriminal
11:05 / 02.05.2025
2755
“Məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması əsas məsələlərdən biridir”.
Sfera.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.
Onun sözlərinə görə,məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması, eyni zamanda, ictimai rəyin sağlam əsaslarda formalaşdırılması məhz media ilə məhkəmə orqanları arasında peşəkar əlaqələrə əsaslanan əməkdaşlıqdan keçir.
Firuzə Əliyeva