Azərbaycan ordusunun həkiminin silsilə cinayətləri üzə çıxdı: Onu DTX-da axtardılar, ancaq... - FOTO

Azərbaycan ordusunun həkiminin silsilə cinayətləri üzə çıxdı: Onu DTX-da axtardılar, ancaq... - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin həkiminin silsilə cinayətləri üzə çıxıb. Baş leytenant Arzu Kərimov özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək onlarla insanın pulunu alaraq qaçıb. 

Sfera.az bildirir ki, zərərçəkmiş şəxslərin criminal.az saytına verdiyi məlumata görə, o, 10 nəfərdən artıq insana özünü DTX əməkdaşı kimi təqdim edib. DTX-da mülki işdə işləyəcəklərini, kursantlara isə "Mitsubishi-L200" markalı maşın veriləcəyinə inandırıb. Guya həmin avtomobillə işçiləri Müşfiq qəsəbəsinə aparıb gətirəcəklər. 
 
Ötən il noyabrın 10-da onları da DTX-da işə düzəldəcəyini vəd edərək hərəsindən 500 manat alıb. Onları inandırıb ki, 500 manatı da noyabrın 18-də işə çıxandan sonra ödəyəcəklər. Deyib ki, geyimləri, maaş kartları artıq hazırdır. Dekabrın 1-də isə açılış mərasimi olmalı, DTX rəisi Mədət Quliyev də açılışda iştirak etməlidir. Pul aldığı adamlara deyib ki, dekabrın 1-də "Razin"də olsunlar, "Mercedes-Sprinter" markalı avtobus gəlib aparacaq. Onun sözünə inanan insanlar da təyin edilən vaxtda həmin yerdə olublar. Bir-iki saat gözləsələr də, avtobus gəlməyib. A.Kərimovun mobil nömrəsinə zəng etdikdə isə bağlı olub. Onun yaşadığı mənzilə gediblər, orada bildiriblər ki, həmin adam kirayədə yaşayırmış və artıq yoxdur.
 
Sonradan zərərçəkmiş şəxslər öyrəniblər ki, A.Kərimov DTX əməkdaşı yox, Müdafiə Nazirliyinin zabitidir. A.Kərimovun Ağcabədi rayonunda yerləşən Hərbi Hospitalın həkimi olduğu məlum olub. Aldadılan insanlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəngdən sonra onlar Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə yönləndiriliblər. Bölmədə faktla bağlı araşdırma başlanıb. 
 
A.Kərimovun rəisi Hüseyn Əliyev criminal.az saytına bildirdi ki, A.Kərimov yüzlərlə insanı aldadaraq qaçıb və onun barəsində axtarış elan olunub. Rəisin sözlərinə görə, A.Kərimov hospitalda stomotoloq idi. Hərbi hissədə də bir dəfə kompyüter oğurlayıb. Bundan əlavə zabit yoldaşının şəxsiyyət vəsiqəsi ilə bir nəfəri aldadıb və həmin şəxs gəlib pulunu aldadılan zabitdən istəyirdi. Dəfələrlə xəbərdarlıq olunsa da, barəsində tədbir görülsə də, öz çirkin əməlindən əl çəkmirdi. 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...