Nazim Quliyevə hökm oxundu - O, yenə həbs edildi

Nazim Quliyevə hökm oxundu - O, yenə həbs edildi

“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Nazim Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İş üzrə ona qaldırılan mülki iddialar qismən təmin edilib. Onun üzərinə həbs qoyulmuş mənzildə yerləşən evi satılıb əldə olunan məbləğ zərərçəkmişlərə ödənəcək. Digər evləri və maşının üzərinə qoyulan həbs isə götürülüb.

 

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.


Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.


OXŞAR XƏBƏRLƏR

Səbuhi Xanlarov ağır qəzaya düşdü - VİDEO

Tanınmış bloger Səbuhi Xanlarov avtomobili ilə qəzaya düşüb.   Sfera.az bildirir ki, o, bu barədə özü məlumat verib. Zəncirvari qəzaya düşən sosial ş...

Bakının üç rayonunda qaz olmayacaq

Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz&quo...

Yağıntıların vurduğu zərər məbləği 1 milyonu ötəcək

15 -16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi fonunda baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxi...

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qəzalı binalar SÖKÜLƏCƏK - SİYAHI

Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

DTX-nin həbs etdiyi haker: Məqsədim xeyirli iş görmək olub...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam e...

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ARTDI

Azərbaycanda evlərin qiymətində artım müşahidə olunur.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiym...