Atasını bıçaqlamışdı - Cəzadan azad edildi

Atasını bıçaqlamışdı - Cəzadan azad edildi

Atasına bıçaqla xəsarət yetirməkdə ittiham olunan 25 yaşlı Ömər Soltanov cəzadan azad edilib.

 

Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki,, Bakı Ağır Cinayətlər Məhkəməsi ekspertiza rəyləri və prokurorun təklifi əsasında belə hökm çıxarıb.

 

Sonuncu iclasda Ömərin atası oğlunu bağışladığını, artıq psixi vəziyyətinin də yaxşı olduğu üçün sərbəst buraxılmasını istəyib. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi tanınmış anası da oğlunun digər xəstəliklərinin müalicəsi üçün evə buraxılmasını xahiş edib.

 

Aytən Əliyevanın sədrlik etdiyi hakimlər Öməri verilmiş ittihamla təqsirli hesab ediblər. Amma hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, cəza çəkmək əvəzinə Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə olunacaq.


OXŞAR XƏBƏRLƏR

“Qırmızı Körpü” və “Samur”un ərazisi genişləndiriləcək

“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sü...

BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya

Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər bizi kədərləndirdi.   Sfera.a...

Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı

Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi ...

Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan...

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaş...

Bu metrostansiyalar üzrə qatarların hərəkəti müvəqqəti dayandırılır

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları ...

Ədalət Verdiyev azadlığa buraxıldı

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə yekun məhkəmə hazırlıq iclası keçirilib. &nbs...