Xəyalə Qurbanova həbs edilib? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin baldızının saxlanılması ilə bağlı məlumat yayılıb.
Sfera.az xəbər verir ki, həbsdə olan S.Babayevin yaxın qohumu olan Xəyalə Qurbanovanın Sabunçu RPİ 14-cü Polis Bölməsinə aparılması və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə iddialar var.
İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, X.Qurbanova hər hansı polis orqanına dəvət olunmayıb və aparılmayıb.






