Şagirdi ilə cinsi əlaqədə olan müəllim saxlanılıb - FOTO

Şagirdi ilə cinsi əlaqədə olan müəllim saxlanılıb - FOTO

ABŞ-nin Çikaqo şəhərində şagirdi ilə cinsi münasibətdə olduğu iddia edilən müəllim polis tərəfindən saxlanılıb. 15 yaşlı oğlunun telefonunda 30 yaşlı müəlliminin göndərdiyi seksual mesajları görən ana vəziyyəti polisə xəbər verib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, övladına yeni telefon alan ana köhnə məlumatları köçürtmək üçün telefonu kompüterinə qoşarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. 


Ana məlumatları yükləyib və oğlunun telefonuna gələn mesajın keçmiş bildirişlərinə daxil olduqda, 30 yaşlı xüsusi təhsil müəllimi və futbol məşqçisi Kristina Formella ilə cinsi mesajlarını görüb. Polis bununla bağlı şikayətdən sonra müəllimi yolda maşınını idarə edərkən saxlayıb.


Ərinin heyrət dolu baxışları arasında maşından endirilən və uşağa zorakılıq etdiyinə görə saxlandığını deyən müəllim ağlayıb. Müəllim yetkinlik yaşına çatmayan şagirdə cinsi təcavüz etməkdə ittiham edilir.


Formella 18 yaşından kiçik heç kimlə əlaqə saxlamamaq və məktəbə yaxınlaşmamaq şərti ilə sərbəts buraxılıb. 


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR